Xal qazanma və qaydalar
Hər alış-veriş, rəy və dost dəvəti üçün xal qazan, tətbiqdəki oyunda kupon qazan. Sonra ödəniş səhifəsində endirim kimi işlət.
Xal qazanma yolları
Embedded.az platformasında xal qazanmağın bir neçə yolu var. Hər biri avtomatik işə düşür — admin müdaxiləsi yalnız təklif və xəta bildirişləri üçündür.
Shop sifarişi
1 AZN = 1 xal
Sifariş 'Çatdırıldı' status-una keçməlidir. Bir dəfə kreditlənir — çatdırıldıqdan sonra ləğv → təkrar çatdır cəhdi yenidən xal vermir.
Məhsul rəyi
20 xal
Yalnız çatdırılmış sifariş sahibləri.
Dost dəvət et
20 xal
Dost referral linkindən qeydiyyatdan keçəndə.
Səhv bildirişi / Təklif
50–500 xal
Admin yoxlamasından keçməlidir. Tapdığın xəta və ya təklifin admin tərəfindən qəbul olunsa xal alırsan. Xal miqdarı problemin əhəmiyyətinə görə adminin qərarıdır.
Oyun kuponları
Embedded.az tətbiqindəki oyun xal vermir — kupon verir. Oyun yalnız tətbiqdədir (Android və iPhone), saytda oynanılmır.
Hər səviyyədə ən çox 3 ulduz qazanılır. Ulduz oyunçunun nəticəsidir, valyuta deyil: xala və ya pula çevrilmir.
Kupon şəhər tam işıqlananda — bütün səviyyələri həll olunanda — verilir. Hər şəhər kupon vermir:
- Hər şəhərin kuponu bir hesaba bir dəfə verilir. Şəhəri yenidən oynamaq ikinci kupon vermir.
- Kupon qaydaları: 20 ₼-dən (məhsul cəmi) sifarişə; endirim yalnız məhsul cəminə hesablanır, çatdırılma daxil deyil; bir sifarişə bir kupon; xalla birlikdə işlədilə bilər (əvvəl kupon, sonra xal); 30 gün keçərlidir; sifariş ləğv olunsa kupon geri qayıdır.
- Kupon yalnız hesaba daxil olmuş istifadəçiyə yazılır. Qonaq kimi oynanmış nəticələr qeydiyyatdan və ya girişdən sonra hesaba keçir, kupon da o zaman verilir.
- Kuponlarınız tətbiqdə ödəniş səhifəsində («Kuponlarım») və oyunun xəritəsində görünür; kodu ödənişdə promo kod kimi də yazmaq olar.
- Kupon yalnız bacarıqla qazanılır: şans oyunu, mərc və pulla alış yoxdur. Kupon oyunda heç nə açmır — səviyyə, ipucu və görünüş satılmır.
- Avtomatik proqramla həll, saxta hesab və ya başqa sui-istifadə aşkar olunsa, kupon ləğv edilə, hesab bloklana bilər.
- Oyunun və kupon proqramının təşkilatçısı Embedded.az-dır.
Necə xərclənir
100 xal = 1 AZN endirim
Shop ödəniş səhifəsində "endirim üçün xal" düyməsi açıq olduqda balansından avtomatik tutulur.
- Maksimum: hər sifarişdə sifariş cəmi qədər (məs. 50 AZN sifariş → max 5000 xal).
- Android tətbiqində: xal sifarişin yekun məbləğinin (çatdırılma daxil) ən çox 49%-ni ödəyə bilər. iPhone tətbiqində və saytda bu hədd yoxdur.
- Minimum: sıfır — istənilən rəqəm xərclənə bilər (1 xal = 1 qəpik endirim).
- Sifariş ləğv edildikdə xərclənmiş xal avtomatik geri qaytarılır.
- Xallar nağd pula çevrilmir; yalnız platforma daxilində.
- Endirim kuponları ilə birgə istifadə oluna bilər (əvvəl kupon, sonra xal endirimi).
Konkret nümunələr
Sifariş bonusu
200 AZN-lik sifariş çatdı → 200 xal hesabına düşür → növbəti sifarişdə 2 AZN endirim alarsan (1 AZN = 1 xal).
Rəy
Bir rəy = 20 xal. Gündə 11 rəyə qədər xal alırsan (220 xal-da gündəlik 230 limit dolur). Qalan rəyləri yaza bilərsən, sadəcə xal sabaha keçir.
Xərcləmə
100 xal = 1 AZN endirim. NÜMUNƏ: 5000 xal balansın, 80 AZN sifariş → endirim düyməsini aç → 5000 xal = 50 AZN endirim → ödəyəcəyin məbləğ 30 AZN-ə düşür.
Dəvət
Hər qeydiyyatdan keçən dost = 20 xal. Gündə 10 dosta qədər (cəm 200 xal) avtomatik kreditlənir. Referral linkini WhatsApp-da paylaş, qohumlara göndər — daha çox dost, daha çox xal.
Sifariş ləğvi / silmə qaydaları
- Sifariş çatdırılmamış ləğv edilərsə:
- Sifarişdə xərclənmiş xal avtomatik geri qaytarılır.
- Hələ xal qazanılmamış olduğu üçün heç bir earn təsir olunmur.
- Sifariş çatdırıldıqdan sonra ləğv edilərsə:
- Xərclənmiş xal geri qaytarılır.
- Qazanılmış xal balansda qalır. Sui-istifadə aşkar olunsa admin əl ilə geri çıxarır (LoyaltyAdjustments-də audit qalır).
- Aşağı keyfiyyət rəy silinərsə — verilən xal balansda qalır (avtomatik revoke yoxdur). Sistematik sui-istifadə tutulsa admin manual əl ilə geri çıxarış aparır.
- Bütün manual düzəlişlər şəffafdır — hesab tarixçən.
Gündəlik limitlər
Bot və saxta hesablarla xal şişirtməyin qarşısını almaq üçün hər kateqoriyada gündəlik limitlər var. UTC 00:00-da sıfırlanır.
| Kateqoriya | Gündəlik limit | Praktiki maks. |
|---|---|---|
| Rəy | 230 xal | ~11 rəy/gün |
| Dost dəvəti | 200 xal | ~10 dost/gün |
| Səhv bildirişi / Təklif | 5 təklif/gün | Spam-a qarşı |
| Sifariş | Limit yox | 1000 AZN = 1000 xal |
Hesabın bloklanması
Aşağıdakı hallarda hesabın xal qazanma və xərcləmə imkanları bloklanır:
- Saxta hesablar / bir neçə hesab açıb dəvət və ya sifariş bonusu yığmaq.
- Bot vasitəsilə rəy spamı (aşağı keyfiyyətli rəyləri admin silir).
- Saxta sifariş yerləşdirmək (ödəniş etmədən hər dəfə ləğv).
- Karta hücum, ardıcıl səhv şifrə cəhdləri.
- Saxta / təkrar səhv bildirişi göndərmək.
- 1 saat ərzində 60-dan artıq ayrı qazanc əməliyyatı (bot/avtomatlaşdırma — avtomatik blok). 25-dən başlayan əməliyyat artıq admin yoxlamasına göndərilir.
- 30 gün ərzində eyni cihazdan 3+ fərqli hesabın aktiv xal yığması.
Səhv bloklama olubsa dəstəyə yaz. Admin yoxlayıb bərpa edə bilər.
Saxtakarlığa qarşı sistem
Real istifadəçilərə şəffaf, lakin bot və saxta hesablar üçün bağlı:
Cihaz izi yoxlanışı
Son 30 gün ərzində eyni cihazdan 3+ fərqli hesab xal yığsa, sistem avtomatik admin yoxlamasına göndərir.
Sürət yoxlayıcı
hər 5 dəqiqədə hesab yoxlanılır. 1 saatda 25-dən artıq ayrı qazanc əməliyyatı admin yoxlamasına, 60-dan artıq isə avtomatik bloka düşür. Real sifariş və rəy belə bir sayı yığmır. Oyun xalı bu saya daxil deyil — oyunun öz yoxlaması var.
Balans tutuşdurma
saatda bir balans ↔ əməliyyat tarixçəsi müqayisə olunur; fərq avtomatik düzəlir + admin xəbərdar edilir.
Təkrarlanmaz açar
Eyni hərəkət (sifariş, rəy) ikinci dəfə xal vermir; saxta təkrar göndəriş mümkünsüzdür.
Dəvət sürəti
1 saatda 100-dən artıq qeydiyyat eyni adamın referral linkindən gəlsə yoxlamaya, 400-dən artıq isə avtomatik bloka düşür. Real paylaşıma və qrup dəvətlərinə təsiri yoxdur.
Dəvət qaydaları
Dost qeydiyyatdan keçəndə → 20 xal sənə
Dəvət kodun: EM-XXXXXX formatında, hesab səhifəndə.
- Hər istifadəçinin unikal dəvət kodu var.
- Dost eyni IP/cihazda yaranıbsa — şübhəli işarələnir, admin yoxlayır.
- Organik qeydiyyat — dost dəvət linkindən gəlməyibsə xal verilmir.
- Özünü dəvət edə bilməzsən (sistem bloklayır).
- 1 saatda 100-dən çox qeydiyyat eyni dəvət linkindən gəlsə bot şübhəsi işarəsi verilir, 400-dən çoxda avtomatik blok. Real paylaşıma (WhatsApp qrupu, sosial şəbəkə) heç bir təsiri yoxdur — adi adam belə bir sayı toplamır.
- Rədd olunmuş hallarda tarixçədə səbəbi görsənir.
Qaydaların dəyişilməsi
- Qaydalar dəyişdirildikdə hesab səhifəndə yeni versiyanı təsdiqləmə bildirimi görünür.
- Mövcud balans hər zaman qorunur — qaydalar yenilənsə də keçmiş qazanc itmir.
- Hesab GDPR-in "unudulma hüququ" ilə silindikdə bütün balans və tarixçə avtomatik silinir, geri qaytarılması mümkün deyil.
- Cari versiya:
1.2. Son redaktə:2026-10-26.
Tez-tez verilən suallar
?Sifariş etdim, xalım hələ də gəlmir. Niyə?
Xal yalnız sifariş "Çatdırıldı" status-una keçdikdən sonra düşür. "Hazırlanır" və "Göndərilib" mərhələlərində gözləmədə görünür. Sifariş tarixçəndə statusu yoxla.
?Rəy yazdım, xal gəlmədi.
Üç ehtimal: (1) məhsulu hələ "Çatdırıldı" status-unda almamısan — yalnız çatdırılan sifariş sahibi rəy üçün xal qazanır. (2) Bugünkü 230 xal-lıq rəy limitinə çatmısan. (3) Eyni məhsula əvvəl rəy yazıb xal qazanmısan (təkrar yazma xal vermir).
?Oyunda qazandığım kupon haradadır?
Şəhər tam işıqlanan kimi kupon hesabınıza yazılır: tətbiqdə ödəniş səhifəsində «Kuponlarım» və oyunun xəritəsində görünür. Kodu ödənişdə promo kod kimi də yaza bilərsiniz. Kupon bir dəfəlikdir; sifariş ləğv olunsa geri qayıdır.
?Hesabım bloklanıb. Geri ala bilərəm?
Bəli — admin yoxlamasından sonra. Dəstəyə yaz, səhvi izah et. Bilərəkdən saxtakarlıq edənlər geri qaytarılmır.
?Sifarişdə eyni anda kupon + xal istifadə edə bilərəmmi?
Bəli. Kupon əvvəlcə tətbiq olunur, sonra xal endirimi qalıq cəmindən tutulur.
?Bir dəfəyə nə qədər xal xərcləyə bilərəm?
Sifariş cəmi qədər. Məs. 100 AZN-lik sifarişdə maksimum 10000 xal (= 100 AZN endirim) — sifariş 0 AZN olur (ödənişsiz). Balansın varsa. Android tətbiqində isə xal sifarişin ən çox 49%-ni ödəyir.
?Xalımı dosta köçürə bilərəmmi?
Yox — xal ötürülə bilməz, hər hesab öz balansını xərcləyir. Lakin dost sənin dəvət linkin ilə qeydiyyatdan keçəndə sənə bonus düşür.
?Xal-ların müddəti var?
Hazırda xal-ların müddəti yoxdur — balansda qaldığı müddətdə istənilən vaxt xərcləyə bilərsən. Gələcəkdə qaydalar dəyişərsə əvvəlcədən elan ediləcək.
?Hesabımı silsəm, xalım qayıdarmı?
Yox. Hesab silinmə geri dönülməzdir — bütün balans, sifariş tarixçəsi, rəy və xal arxivləri tamamilə silinir.
?Xal balansım səhv görünür. Nə edim?
Avtomatik balans tutuşdurma saatda bir işə düşür və fərqi düzəldir. 1-2 saat gözlə. Hələ də problem qalırsa dəstəyə yaz.
Sual qaldı?
Buradakı qaydalar tam siyahısıdır. Hələ də anlaşılmaz nə isə var — dəstəyə yaz, 1 iş günü içində cavablandırılır.
Dəstəyə yaz